Paşinyan: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı”

# 17:38
17 may 2023

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən sammitində deyib.

O qeyd edib ki, üç gün əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır”, - Paşinyan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR