Paşinyan konstitusiyanı niyə dəyişdirmək istəyir? – Yeni oyun başladı

# 22:00
21 dekabr 2021

Ermənistan gündəmi yenə çalxalanmaqdadır. Belə ki, müxalif partiya nümayəndələri ölkənin Baş naziri Nikol Paşinyanın yenidən konstitusiyanı dəyişdirəcəyi ilə bağlı fikirlər bildiriblər. Onlar qeyd ediblər ki, Baş nazir bu addımı ilə öz hakimiyyətini uzunmüddətli edərək, diktatorluq iddiasına düşüb. Konstitusiya dəyişikliyi ilə bağlı “Hayastan” fraksiyasının deputatı Artur Qazanyan bildirib ki, Paşinyan total olaraq pozulmuş və dəyişidirilmiş konstitusiyanı yenidən dəyişmək qərarına gəlib.

Sitat: “Ermənistan konstitusiyasının növbəti murdarlanmasının təntənəli mərasimində iştirak etməyə razılıq verəcək siyasi qüvvələri və hüquqşünas alimlərin adlarını görmək istəyirəm”. Sitatın sonu

Görəsən, yeni konstitusiya Paşinyanın nəyinə lazımdır və ya Baş nazirin konstitusiyanı dəyişdirmək istəyinin arxasında hansı səbəblər dayanır?

Politoloq Elxan Şahinoğlunun fikrincə, Paşinyan yeni konstitusiya islahatlarına razılaşmaqla sadəcə radikal rəqiblərini zəiflətmək istəyir. O əlavə edib ki, islahatlarla məşğul olacaq şuranın təsisi və yekun sənədin hazırlaması xeyli vaxt aparacaq və  bu zaman kəsiyində isə Paşinyan mövqelərini gücləndirməyə çalışacaq.

Sitat: Nikol Paşinyanın ölkənin əsas qanununu dəyişdirməkdə əsas məqsədi gələcəkdə prezident kürsüsünə yilyənləməsi də ola bilər. Serj Sərkisyan Konstitusiyanı 2015-də ona görə dəyişdirmək həvəsinə düşdü ki, hakimiyyətdəki müddəti bitirdi, parlament və və baş nazirin statusunu artırmaqla özü yeni kürsüyə sahib olmaq istəyirdi. Ancaq onun bu planı alınmadı. Sərkisyan baş nazir kürsüsündə cəmi bir neçə ay otura bildi. Nikol Paşinyan tərəfdarlarını küçəyə çıxardaraq “mən baş nazir olmayacam” deyən Sərkisyana vədini xatırlatdı və onu devirdi. İndi isə belə çıxır ki, Paşinyan Sərkisyanın yolunu tərsinə getmək istəyir. Nikol Paşinyan Konstitusiya islahatları ilə bağlı fərman imzalayıb. Bu fərmana görə islahatlarla məşğul olacaq şura təsis ediləcək.  Şuranın tərkibi hələ müəyyənləşməyib. Tərkibin formalaşmasının özü böyük mübahisələrə səbəb olacaq, hamı orada öz adamını görmək istəyəcək. Sitatın sonu

Siyasi şərhçi Əziz Əlibəyli də düşünür ki, Paşinyanın məqsədi hakimiyyəti tam əlində cəmləməkdir. O əlavə edib ki, cari Konstitusiya qonşu ölkələrə qarşı ərazi iddialarını irəli sürməklə şovinizmi və radikalizmi özündə əks etdirir: “Bu cür Konstitusiya ilə müasir dönəmdə ortaya çıxan sülh ehtimallarını idarə etmək mümkün deyil və daim ortaya çıxa biləcək risk faktorunu da özündə daşımaqdadır. Başqa məqsəd ondan ibarətdir ki, Konstitusiya komissiyasının üzvlərinin təyini və seçimi elə bir protest əsasında həyata keçirilir ki, burada müxalifət təmsilçiləri, beynəlxalq təşkilatların nümayədələri, siyasi fəallar yer alırlar. Burada da Paşinyanın əsas məsuliyyəti tək öz üzərinə yükləməkdən ibarət deyil”.

Siyasi şərhçi onu da söyləyib ki, Nikol Paşinyan bu sistemi həm də əleyhdarlarının əli ilə vahidləşdirərək öz əlində cəmləməyə çalışacaq.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR