Paşinyan müxalifətin çadırlarını sökdürdü
Ermənistanda davam edən aksiyalarla bağlı paytaxt İrəvanın mərkəzindəki “Fransa Meydanı”nda qurulmuş aksiya çadırları polis qüvvələri tərəfində yığışdırılıb. Hökumət isə atılan bu addımla bağlı hələ ki, açıqlama verməyib.
“Məndə olan məlumata görə, Nikol Volodin və Lavrovun səfərləri ilə əlaqədar Fransa Meydanındakı çadırların polis tərəfindən sökülməsi əmrini verib”.
Bunu mediaya açıqlamasında “Ermənistan” fraksiyasından olan deputat Aqnes Xamoyan deyib. O qeyd edib ki, çadırların sökülməsi üçün 200-ə yaxın təhlükəsizlik əməkdaşı cəlb olunub. Xamoyan Paşinyana da müraciət də edərək bildirib ki, çadırların sökülməsi heç nəyi dəyişməyəcək, siyasi böhran getdikcə pisləşir və Ermənistanda vəziyyət daha da gərginləşir.
Fuad Sadıqov
APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib