Paşinyan qadınları da orduya cəlb edir – Ermənistanda 25 günlük hərbi toplanışlar başlanır

# 19:03
13 oktyabr 2022

Ermənistanda üç aylıq təlim toplanışları ləğv edilib.

APA TV xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib. O qeyd edib ki, bu toplanış 25 günlük məşğələlərlə əvəz olunacaq. Paşinyan bildirib ki, təlimlər vətəndaşlara sosial problemlər yaradır: “Rüblük toplantılar problemlidir, problemlər yaranır, insanlar işləyir və biz qərara gəldik ki, toplanışlara işsizləri dəvət olunmasını xüsusi qeyd edək və bunun da müəyyən mənada sosial əhəmiyyəti var, çünki toplantı iştirakçılarına maaş veriləcək”.

Paşinyan bu müddətin idarə oluna biləcəyini və 25 günlük toplantının bütün vətəndaşlar üçün məcburi olacağını bildirib.

Hökumətin iclasında dəyişikliklə bağlı çıxış edən Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, bütün hərbi mükəlləfiyyətli şəxslər üçün 25 günlük hərbi toplanış keçirəcəklər və toplanış zamanı 21 gün real hərbi xidmət, qalan 4 gün isə təşkilati işlərə sərf olunacaq. O, vətəndaşların 1 həftə hazırlıq keçəcəyini, qalan 2 həftəni isə döyüş növbəsi çəkəcəyini əlavə edib. “Yaxın zamanlarda bu barədə daha ətraflı məlumat verəcəyik. Biz vətəndaşlara xidmət vaxtını seçmək imkanı da verəcəyik”. deyə Papikyan əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR