Paşinyan: "Rusiya sərhədçilərinin Meğridə nə tikdiyini yoxlayacağıq"
Meğri şəhəri yaxınlığında Rusiya tərəfinin apardığı tikinti ilə bağlı məlumatları yoxlamaq lazımdır.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında Rusiya Federasiyası FTX-nin Sərhəd Xidmətinin Meğridə apardığı iddia edilən irimiqyaslı infrastruktur işləri ilə bağlı sualı cavablandırarkən deyib.
Paşinyanın sözlərinə görə, Rusiya sərhədçilərinin bütün hərəkətləri Milli Təhlükəsizlik Xidməti ilə razılaşdırılaraq həyata keçirilməlidir. Baş nazir bildirib ki, əgər tikinti işləri razılaşdırılmış çərçivədən kənara çıxarsa, Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə problemlər yaradırsa, o zaman bu məsələ mütləq müzakirə olunacaq:
"Təbii ki, bizimlə razılaşdırılmış yerləşdirmə məntəqələri var. Lakin bu, o demək deyil ki, bu yerləşdirmə daimi əsasda olmalıdır. Vəziyyətdən çıxış edərək, bütün detalları rusiyalı həmkarlarımızla müzakirə edəcəyik", - o əlavə edib.
Qeyd edək ki, ikitərəfli razılaşmaya əsasən, Rusiya sərhədçiləri Ermənistanla İran arasında sərhədin bir hissəsini qoruyur və nəzarət-buraxılış məntəqəsi Meqridə yerləşir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu