Paşinyan Soçi görüşündən dərhal sonra İrana gedir
Ermənistan Baş naziri Nikol Paşinyan sabah Tehrana səfər edəcək.
APA TV İSNA-ya istinadən xəbər verir ki, səfər zamanı Paşinyanın Səadabad mədəni-tarixi kompleksində İran Prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanması olacaq.
Ermənistan və İran liderlərinin danışıqlarından sonra yüksək səviyyəli nümayəndə heyətlərinin birgə görüşü keçiriləcək.
Səfər zamanı Tehran və İrəvan arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu