Paşinyandan geri addım: Himni və gerbi də dəyişdirir

# 14:53
17 yanvar 2022

“Paşinyan hökuməti Ermənistan konstitusiyasından soyqırım ilə bağlı maddələri, fikirləri və dövlət gerbindəki Ağrı dağını əks edən silueti çıxaracaq, dövlət himnini dəyişəcək”.

 

Bunu Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

 

Sitat: “Rejim konstitusiyada “islahat” elan edib. Görəsən kapitulyantların konstitusiya dəyişikləri etməkdə məqsədi türklərlə danışığa bayraqsız getməkdir? Çoxları idarəetmə sisteminin dəyişdirilməsində israr edəcək. Lakin indiki rejimin əsas məqsədi bu deyil”.

Sitatın sonu

 

E.Şarmazanov bildirib ki, Paşinyan yeni respublika dövrünə keçməyə çalışır və bu proseslərin baş verməsi üçün konstitusiyadan Ermənistanın dövlət-milli maraqlarına xidmət edən “erməni soyqırımı”nın tanınması və pislənməsi ifadəsini çıxarmaq lazımdır.

 

Ermənistanın “Past” nəşri də Paşinyan hökumətinin himn, gerb və konstitusiyanı dəyişdirəcəyi  ilə bağlı yazı dərc edib. Yazıda vurğulanır ki, bu addım Ermənistanda narazılıqları artıracaq və Paşinyan vəziyyətdən istifadə edib yerlərdəki icma rəhbərlərini özündən asılı vəziyyətə salacaq.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR