Paşinyanın İrəvandakı masasında Azərbaycan bayrağı

# 12:57
13 iyul 2023

Ermənistan baş naziri Nikol Paşinyanın masasında olan qum saatının Azərbaycan bayrağının rənglərində olması Feysbyuk sosial şəbəkəsinin erməni seqmentinin diqqətindən yayınmayıb. Vətəndaş Müqaviləsi Partiyasının iclasında Nikol Paşinyanın önündə olan 3 qum saatından biri mavi, biri qırmızı, digəri isə yaşıl rəngdə olub. Ermənilər yazır və deyirlər ki, bu, təsadüfü deyil, rənglərin ardıcıllığının da qorunması bu cür düşünmək üçün ciddi əsaslar verir. Feysbuk istifadəçilərinin yazdığına görə, Ermənistan baş naziri bununla demək istəyir ki, müasir Ermənistan tarixinin xronologiyası Bakının diktəsindədir. Qeyd edək ki, yüzə yaxın erməni bu iclasda çəkilmiş fotonu paylaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR