Paşinyanın Syünik vilayətinə səfəri etirazla qarşılanıb
Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin cənubuna, Syünik vilayətinə səfəri etirazla qarşılanıb.
APA TV-nin “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bir qrup sakin Ermənistan hökumət başçısının Mehri şəhərini tərk etməsini tələb edib.
N. Paşinyanı dəstəkləyən sakinlərlə etirazçılar arasında toqquşma baş verib.
Ərazidə vəziyyətin kifayət qədər gərgin olduğu bildirilir. Baş nazirin avtomobilinin yolunu kəsən sakinlər onun əleyhinə şüarlar səsləndiriblər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu