Paşinyanla deputatların qarşıdurması: “Hər dəfə bizi çölə atdırır”

# 18:09
19 yanvar 2022

“Paşinyanın hakimiyyətdə qaldığı hər gün ölkəmizin gələcəyinə və təhlükəsizliyinə, dövlətçiliyimizin mövcudluğuna təhdiddir”.

 

Bunu erməni mediasına Ermənistanın “Şərəfin var” fraksiyasının və “Vətən” partiyasının sədri Artur Vanetsyan deyib.

 

O bildirib ki, hakimiyyətin hərbçiləri deputatların çıxışına imkan vermir.

 

Sitat: “Biz başa düşməliyik ki, bu parlament kapitulyasiyadan sonra formalaşan parlamentdir. Hökumət saatında mən iştirak etmirəm və bunun əsas səbəbi odur ki, Nikol Paşinyan böyük manipulyasiya ustası olmaqla söhbəti özünə lazım olan istiqamətə yönəldə bilir, konkret söhbətlərə cavab vermir. Əgər müxalifət deputatlarından biri Nikol Paşinyana cavab verməyə çalışsa, o zaman təhlükəsizlik işçiləri dərhal zala dəvət olunur və deputatları zorla zaldan çıxarırlar. Dünya praktikasında yəqin ki, belə bir şey olmayıb. Parlamentimizin dəhlizlərində, zalın qapısında hərbi geyimli zabitlər var. Bizim parlamentdə jurnalistlərin hərəkəti məhdudlaşdırılıb, deputatlara qarşı güc tətbiq oluna bilər”. Sitatın sonu

 

Fraksiya sədri onu da əlavə edib ki, iclasın moderatoru Nikol Paşinyana ayrılan vaxtı pozmağa, istədiyini deməyə, sonda reaksiya verməyə, deyilənlərə cavab verməkdən yayınmağa icazə verir.

 

Fuad Sadıqov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR