Paytaxtda lift şaxtaya çırpıldı - 6 NƏFƏR YARALANDI

# 14:14
18 iyun 2022

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib. APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə saat 22:20 radərində, Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Belə ki, liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib. Liftin 4-cü mərtəbədə olarkən zərbə ilə şaxtaya çırpılması nəticəsində xəsarət alan şəxslər, 1968-ci il təvəllüdlü Afidə Heydərova, 1960-cı il təvəllüdlü Tənzilə Süleymanova və onun nəvəsi, 2009-cu il təvəllüdlü Leyla Səfərova, 1980-ci il təvəllüdlü Yeganə Hacıyeva və onun övladı, 2007-ci il təvəllüdlü Cəlil Hacıyev, 1960-cı il təvəllüdlü Sevinc Rəsulova xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib. Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR