Pəhləvi Holokost qurbanlarının anım tədbirində Netanyahu ilə görüşüb
İran şahının oğlu Rza Pəhləvi Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu və həyat yoldaşı Sara ilə görüşüb.
APA xəbər verir ki, bu barədə “i24NEWS” məlumat yayıb.Pəhləvi tarixi səfəri zamanı Milli Holokost Memorial Muzeyində Holokost qurbanlarının xatirəsinə təşkil edilən mərasimdə iştirak edib.O, tədbirdə Netanyahu və İsrail Prezidenti İsaak Hersoqla yanaşı dayanıb, lakin çıxış etməyib.Bununla belə vəliəhd şahzadə “i24NEWS”a müsahibəsində tədbirdə iştirak etmək və Holokost qurbanlarını yad etməyin onun vəzifəsi olduğunu bildirib. Xatırladaq ki, Pəhləvi ötən gün Təl-Əvivin Ben Qurion hava limanına enib və burada onu Yad Vaşemdəki mərasimdə müşayiət edən İsrailin kəşfiyyat naziri Gila Qamaliel qarşılayıb.
43 il sürgündə olan Pəhləvi ABŞ-da yaşayır. O, İran rejiminin qatı əleyhdarıdır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi