Pəncərə silmək istəyən tələbə yıxılaraq ölüb – PREZİDENT TƏQAÜDÇÜSÜDÜR
Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.
APA TV xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.
1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı yaşadığı binanın beşinci mərtəbəsində otağın pəncərəsini silib. Bu zaman o, ehtiyatsızlıqdan yerə yıxılıb.
N.Məhərrəmova 1 saylı şəhər xəstəxanasına çatdırılarkən yolda ölüb.
Qeyd edək ki, N.Məhərrəmova Ali Neft Məktəbinin üçüncü kurs tələbəsidir. O, prezident təqaüdçüsü olub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi