“Pensiya yaşı azaldılmalıdır” – Siyahıda Türkiyə birinci Azərbaycan sonuncudur
Region ölkələri arasında əhalinin yaş və əməyə görə pensiya alma müddəti ən az Azərbaycandadır. Bu sözləri İqtisadçı ekspert Allahverdi Aydın deyir. Onun sözlərinə görə, Azərbaycanda insanlar ortalama 9,1 il pensiya ala bilirlər. Müqayisə üçün deyək ki, yaş və əməyə görə pensiya alma müddəti qonşu Türkiyədə 19.7, Rusiyada 12.6, Gürcüstanda isə 11.9 ilə bərabərdir. Maraqlıdır, qonşu ölkələrdə orta ömür və pensiyaya çıxma yaşı bizdən çox da fərqlənmir. Onda niyə Azərbaycanda insanların pensiya alma müddəti sıralamada sonuncu pillədədir? Orta ömür müddətinə gəldikdə isə məsələn, Türkiyədə orta ömür 78,7 ilə, pensiya yaşı ortalama 59 yaşdır. Azərbaycanda isə pensiya yaşı bu ilin yanvar ayının 1-dən qadınlarda 63,5 yaş, kişilərdə 65 yaşa bərabər olub. Birləşmiş Millətlər Təşkilatının açıqladığı məlumatlara əsasən, 2024-cü ildə Azərbaycanda orta ömür müddəti 73,5 ilə bərabərdir. LƏMAN SALEHOVA VÜSAL BAYRAMOV APA TV
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)