Pensiyalar nə qədər artırılır? - Təqaüdçülərə müjdə - APA TV

# 16:26
29 sentyabr 2022

Yeni ildən etibarən pensiyaların artacağı gözlənilir.  

 

APA TV xəbər verir ki, bununla əlaqədar, Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən düzəlişlər müzakirə olunub. İrəli sürülən təkliflər iki mühüm istiqamətdən - maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin yanvarın 1-dən indeksasiya olunmasından ibarətdir.

 

Deputat Vüqar Bayramovun sözlərinə görə, əvvəllər bütün pensiya məbləğləri deyil, yalnız əmək pensiyaları hər ilin yanvar ayında ötən ilin orta illik əmək haqqına əsasən, indeksasiya olunurdu.  

 

Mövcud qanunvericilikdə müəyyən dəyişikliklər qəbul edildikdən sonra yeni ildən bütün növ pensiya məbləğləri indeksasiyalaşdırılaraq artacaq.

 

Əlavə olaraq, deputat qeyd etdi ki, 2022-ci il qərarı ilə pensiyaçılara verilən yardım məbləğləri də indeksasiya olunacaq.

 

Qeyd edək ki, yeni qaydalar 2023-cü ilin yanvarından qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR