Peşə təhsili alan gənclər işlə təmin edilmir - Fatma Yıldırım
“Azərbaycan dövləti təhsilin inkişafına xüsusi diqqət yetirir”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib.
Deputat bildirib ki, ölkədə təhsil sistemi XXI əsrin çağırışlarına cavab verən sistemə çevrilib: “Azərbaycanda peşə təhsilinin inkişafı üçün yeni Agentlik və Fond yaradılıb. Azərbaycanda kənd təsərrüfatı, sənaye kimi sahələrdə ciddi kadr potensialına ehtiyac var. Bunun üçün peşə təhsilli gənclərin sayı artırılmalıdır. Hazırda əmək bazarında tələb olunan müxtəlif peşələr üzrə Bərdə Peşə Liseyində hər cür şərait yaradılıb. Lakin peşə təhsilini aldıqdan sonra gənclər işlə təmin edilmir. Bunun üçün aidiyyəti işlər görülməli, işəgötürənlərlə görüşlər keçirilməlidir. Peşə liseyin rəhbərləri bu məsələdə maraqlı tərəf kimi çıxış etməlidir. Bilirsiniz ki, azad edilmiş ərazilərdə də Böyük Qayıdışın reallaşması üçün gec-gündüz demədən işlər həyata keçirilir. Peşə təhsili gənclər bu işlərə öz töhfəsini verə bilər”.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?