Peyğəmbəri təhqir edən jurnaldan Türkiyədəki zəlzələ ilə bağlı nifrət paylaşımı
Fransanın “Charlie Hebdo” jurnalı Türkiyədə minlərlə insanın həyatını itirdiyi zəlzələ ilə bağlı nifrət dolu karikatura dərc edib.
Jurnalın tvitterdə paylaşdığı postda zəlzələ nəticəsində dağılan bina və aşan yük maşının karikaturası üzərinə "Tanklara ehtiyac qalmadı" ifadəsi işlənib.
Nəşrin "günün rəsmi" qeydi ilə paylaşdığı nifrət dolu yazı sosial mediada böyük əks-səda doğurub.
Qeyd edək ki, bu, “Charlie Hebdo”nun ilk nifrət paylaşımı deyil. Jurnal daha əvvəl Məhəmməd peyğəmbərin ünvanına təhqiramiz karikaturalar dərc etmişdi.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib