Pirşağıda Jiquli Kranın altına girib - MÜƏMMALI QƏZA
Paytaxtın Sabunçu rayonunda qəza baş verib.
APA TV xəbər verir ki, hadisə Pirşağı qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, "Jiquli" markalı minik avtomobili tikinti sahəsində dayanan "Kamaz" markalı krana çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, hadisə gecə saat 3-4 radələrində baş verib və avtomobildə 4 nəfər gənc olub.
Ərazidə yaşayan sakinlər bildirir ki, avtomobildəki şəxslər sərxoş olublar və maşını ərazidə qoyub qaçıblar. Onların yaxınlıqda yerləşən gecə klubundan çıxdığı bildirilir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı