Piyadanı vurub qaçdı, tutlması uzun çəkmədi
İmişlidə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Hadisə ötən gün axşam saatlarında rayonun Sarıxanlı kəndində qeydə alınıb.
Sürücü Ziyadxan Murtuzayev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən 50 yaşlı Boşçallar kənd sakini Xasayev Fərman Qəhrəman oğlunu vuraraq öldürüb. Daha sonra sürücü hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən tutularaq cinayət məsuliyətinə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu