Poçta saxta dollar verib manat alan şəxs tutuldu

# 17:08
28 fevral 2022

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə fevralın 18-də Corat qəsəbəsi ərazisində yerləşən poçt şöbəsində bir nəfərin 20 ədəd 50 ABŞ dollarlıq əskinas verərək manat alması, həmin dollar əskinaslarının isə saxta olması barədə məlumat daxil olub.

 

DİN-dən APA TV-yə verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İsayev Cavid Səməd oğlu müəyyən edilərək saxlanılıb.

 

Onun saxta əskinasları verərkən Bakı şəhər sakini olan bir nəfərin şəxsiyyət vəsiqəsindən istifadə etməsi müəyyən edilib.

 

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR