Polad Həşimovun xatirəsi yad edilib
Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə məzarı ziyarət olunub. Məlumatı Müdafiə Nazirliyi yayıb. Xatırladaq ki, Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. Onun hərbçi olmaq qərarı I Qarabağ savaşında baş vermiş erməni işğalının qarşısını və axıdılan qanın intiqamını almaq olub. 14 iyul 2020-ci il tarixdə Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu