Polis əməkdaşı yol qəzasında ölüb

# 15:35
23 dekabr 2022

Ağstafada ölümlə nəticələnən qəza baş verib.

 

Hadisə Bakı-Qazax magistralının rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

 

Yol nəqliyyat hadisəsi ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Ağstafa rayon Polis Şöbəsinin, Ağstafa rayon Prokurorluğunun və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 9-cu tağımının əməkdaşları hadisə yerində olub.

 

İlkin araşdırmalar nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Aqil Alıyevin idarə etdiyi Hyunday markalı avtomobilin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və sürücünün ölməsi müəyyən edilib.

 

Qeyd edilib ki, Aqil Alıyev Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis leytenantıdır.

 

Hadisə ilə bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalar davam etdirilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR