Polis əməliyyat keçirdi – KEÇMİŞ MƏHKUM SİLAH SATARKƏN TUTULDU
Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının Məmmədli kəndi ərazisində keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, Bakı şəhər sakini 65 yaşlı Cənnət Məcidov saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, onun üzərindən bir ədəd “Makarov” tipli tapança aşkar edilərək maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs odlu silahı 200 manata tanımadığı şəxsdən aldığını və Məmmədli kəndində satmaq istədiyini bildirib: “Silahı tanımadığım bir şəxsdən almışam. Satmaq adı ilə aparırdım, polis əməkdaşları saxladılar. Olardı da 2-3 gün idi üzərimdə idi. 200 manata almışdım, 500 manata satmaq istəyirdim”.
Qeyd edək ki, Cənnət Məcidov 7 dəfə məhkumluq həyatı yaşayıb. Onlardan 4-ü qanunsuz olaraq silah gəzdirmə, 1-i oğurluq, 2-si isə narkotik maddələrin alşı və satışına görədir.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri