Polis faciəvi şəkildə öldü

# 19:11
7 aprel 2023

Goranboyda ölümlə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonu Zeyvə kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1996-cı il təvəllüdlü Yusif İbrahimov hadisə yerində ölüb. 1991-ci il təvəllüdlü Rəşad Məhərrəmov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, ilkin araşdırmalar nəticəsində Rəşad Məhərrəmovun idarə etdiyi "Opel" markalı avtomobil ilə idarə etməni itirdiyi və nəticədə avtomobilin  aşdığı müəyyən olunub. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin Goranboy Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR