Polis hərəkətə keçdi: SAXLANILAN VAR
Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan APA TV-yə verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər də məhkum olunmuş Ehtibar Sarıbalayev yaxalanıb.
Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 455 qram marixuana aşkarlanıb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu