Polis hərəkətə keçdi, saxlanılanlar var - APA TV
Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hacıqabul rayon sakini Kamal Kərimov yaxalanıb. Onun üzərindən bir kibrit qutusunda marixuana, idarə etdiyi avtomobildən isə 500 qramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Keçirilən digər əməliyyat zamanı Hacıqabul rayon sakini Əli Alcanov da saxlanılıb. Həmin şəxsin üzərindən 7 qramdan artıq, idarə etdiyi nəqliyyat vasitəsindən isə 502 qram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)