Polis maşını ilə “Mercedes” toqquşdu - Yaralılar var
Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı yol patrul xidmətinin avtomobili ilə “Mercedes” markalı avtomobil toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, dekabrın 26-da saat səhər 9 radələrində Bərdədə Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub:
Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Faktla bağlı Bərdə Rayon Polis Şöbəində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu