Polis rəisi işdən çıxarıldı - Karantinə görə cəzalandırılmışdı
Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı işdən çıxıb. APA TV Lent.az-a istinadən xəbər verir ki, nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin əməliyyat müvəkkili polis polkovniki Mübariz Quliyev bir müddət əvvəl öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib və təqaüdə göndərilib. Qeyd edək ki, Mübariz Quliyev bundan əvvəl Cəlilabad rayon Polis Şöbəsinin rəisi vəzifəsində olub. O, rayonda karantin qaydalarının pozulmasına göstərilən biganəliyə görə vəzifəsindən çıxarılaraq DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdu.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu