Polis serjantı Rasim Məmmədov torpağa tapşırıldı
Füzuli rayonunda yol qəzasında həlak olan polis əməkdaşı Məmmədov Rasim Oqtay oğlunun nəşi Bakıda yaşadığı ünvana gətirilib.Onunla Xətai rayonu, Cavanşir küçəsində yerləşən evində vida mərasimi keçirildi. 1987-ci ildə Bakıda anadan olan Rasim Məmmədovun özündən sonra 2 övladı əmanət qaldı. Xətai rayon polis şöbəsinin çevik polis alayının əməkdaşı Rasim Məmmədovun cənazəsi Xəzər rayonu, Şüvəlan kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Füzuli rayonunda baş verən yol qəzasında 3 polis əməkdaşı həlak olub. AYTƏN SAKİTQIZI HƏZRƏT BAYRAMLI APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi