Polis xeyli miqdarda uyuşdurucu vasitə aşkarladı – APA TV
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Rəşad Məmmədov saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı 226 qrama yaxın heroin və 2 qrama yaxın metamfetamin aşkarlanıb. Eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbirləri zamanı rayon sakinləri Hüseyn Heydarov və Seymur Əliyev də saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı isə H.Heydarovdan 90 qramdan artıq, S.Əliyevdən 11 qramdan artıq heroin götürülüb. Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək