Polis yanğın zamanı evdə qalan şəxsi belə xilas etdi: ANBAAN
Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər vətəndaş tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.
APA TV-nin xəbərinə görə, köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi RPİ-nin əməkdaşı, polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub. Polis əməkdaşının şücaəti nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu