Polisdə yoxlamalar başladı: Manaf Ağayev məsələsi böyüyür
Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynovun işğaldan azad olunan Füzuli rayonuna qanunsuz keçməsi ilə bağlı yoxlamalar başlanılıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, xidməti yoxlamalar müğənni və digər şəxsin Füzulidə keçdiyi ərazilərdə aparılır.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov Lent.az-a təsdiqləyib.
Qeyd edək ki, müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov Füzuli aeroportuna qanunsuz keçdikləri üçün hər biri 15 sutka həbs olunublar.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib