Polisin saxla əmrinə tabe olmadılar və...
Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobili sürücüləri saxlanılıb.
DYP-dən APA TV-yə verilən məlumata görə, “Shacman” markalı yük avtomobilinin sürücü İsmayılov Emin Mətləb oğlu, “Howo” markalı yük avtomobilinin sürücü Məmmədov Elman Əlican oğlu və “Howo” markalı yük avtomobilinin sürücü Məmmədov Elşən Əliyusif oğlu yükdaşıma qaydalarını pozduqları halda polis əməkdaşının saxla əmrinə tabe olmayıblar. Daha sonra E.Məmmədov E.İsmayılov və E.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Sürücülər barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu