Praqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub

# 16:20
6 oktyabr 2022

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdədir.

 

APA TV xəbər verir ki, oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

 

Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olundu.

 

Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd etdi.

 

Şarl Mişel bununla bağlı dövlət başçısına minnətdarlığını bildirdi.

 

Söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olundu.

 

Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR