Prezident Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının Baş katibini qəbul edib

# 16:44
21 noyabr 2022

Azərbaycan Prezidenti İlham Əliyev Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) Baş katibi Cho Byunq-jaeni qəbul edib.

 

APA TV xəbər verir ki, qonaq Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Partiyanın əldə etdiyi uğurlar və ölkəmizin qazandığı mühüm nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

 

Dövlət başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirdi.

 

Görüşdə ICAPP-ın sabah Bakıda keçiriləcək “Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının əhəmiyyəti vurğulandı.

 

Söhbət zamanı ölkəmizin Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının fəaliyyətinə həmişə mühüm töhfələr verdiyi qeyd edildi, uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR