Prezident “Dövlət satınalmaları haqqında” yeni qanunu təsdiqlədi
Dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqı müəyyənləşdiriləcək.
APA TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan “Dövlət satınalmaları haqqında” qanunda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğlərini, onların ödənilməsi, geri qaytarılması və ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə qaydalarını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Eyni zamanda NK 4 ay müddətində açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların həmin Qanununun tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarlarını da müəyyənləşdirməlidir.
DİGƏR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub