Prezident Ermənistanın ordumuz tərəfindən məhv edilmiş texnikasının bir hissəsini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, dövlət başçısı bu gün xalqa müraciətində bildirib ki, sentyabrın 27-dən bu günədək Ermənistanın 234 tankı məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb: “Piyadaların döyüş maşını - 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb, 16 ədəd özüyeriyən artilleriya qurğusu məhv edilib, 190 ədəd müxtəlif çaplı toplar, 2 ədəd “Uraqan” sistemi, 1 ədəd TOS odsaçan, 2 ədəd “Elbrus” əməliyyat taktiki raket kompleksi, 1 ədəd Toçka-U, 35 ədəd OSA zenit raket kompleksi, 3 TOR zenit raket kompleksi, 5 KUB və Kruq zenit raket kompleksi, 9 ədəd radioelektron mübarizə sistemləri, 2 ədəd S-300 zenit raket kompleksi, 198 ədəd yük avtomobili məhv edilib, 98-i qənimət kimi götürülüb. Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mətbuatdan götürə bilər. Və bu suallara biz cavab tapmalıyıq və tapacağıq”.
DİGƏR XƏBƏRLƏR
“Onların da yanına getməliyəm, qorxurlar” – Bu gün “Xanı”nın ANIM GÜNÜDÜR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?