Prezident Gürcüstanın ədliyyə nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, enerji, ticarət sahələrində uğurla inkişaf etdiyi bildirildi.
Söhbət zamanı Azərbaycanın və Gürcüstanın Ədliyyə nazirlikləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunuldu.
Rati Breqadzenin ölkəmizə səfərinin və səfər çərçivəsində nazirliklər arasında imzalanan Əməkdaşlıq Memorandumunun bu sahədə əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib