Prezident idmançılarla bağlı SƏRƏNCAM İMZALADI - APA TV

# 16:13
12 noyabr 2022

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

APA TV xəbər verir ki, sərəncama əsasən, İsayev Xəzər Ağali oğlu, Meftahəddinova Zemfira Əli qızı, Rəhimov Nazir Həzrətqulu oğlu və Şabanova Rəfiqə Mahmud qızı Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

 

Dövlət başçısının digər sərəncamı ilə Fərzəliyev Murad Qoçu oğlu və Kərimov Mehman Bayram oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

 

Prezident Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında da Sərəncam imzalayıb. Sərəncama əsasən, Əliyev Vaqif Hüseynağa oğlu və Hüseynov Nazim Qalib oğluna “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR