Prezident İlham Əliyev dörd rayona səfər edib

Prezident İlham Əliyev dörd rayona səfər edib – APA TV

# 23:37
7 avqust 2023

Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

APA TV xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Prezidenti İlham Əliyev Qazax rayonunda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib,  Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində və Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

Prezidenti İlham Əliyev, həmçinin Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində, “Venzana” mebel fabrikinin açılışında və “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib. Açılış mərasimlərində dövlətimizin başçısına infrastruktur layihələri çərçivəsində görülən işlər haqqında məlumat verilib.

Prezidenti İlham Əliyev avqustun 7-də Şəmkir rayonuna səfər edib.

Dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Prezidenti İlham Əliyev Şəmkirə səfəri çərçivəsində Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib. Dövlət başçısına təhsil ocağında yaradılan şərait barədə məlumat verilib.

Prezidenti İlham Əliyevin növbəti səfəri Samux rayonuna olub. Dövlət başçısı əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Sonra Prezidenti İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının və Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışlarında iştirak edib.

Prezidenti İlham Əliyev avqustun 7-də Bərdə rayonuna da səfər edib.

Dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib. Bu mərkəzlərdə yaradılan şəraitlə bağlı dövlət başçısına məlumat verilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR