Prezident İlham Əliyev “Yekaterina sarayı” ilə tanış oldu – APA TV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Yekaterina sarayı” ("Екатерининский дворец") ilə tanış olublar.
XVIII əsr memarlığının şah əsəri sayılan “Yekaterina sarayı”nın inşası 1744-cü ildən 1756-cı illəri əhatə edib. 1918-ci ildə “Yekaterina saray-park ansamblı” muzeyə çevrilib. İkinci Dünya müharibəsi illərində faşist istilası zamanı bu tarixi abidə dağıdılaraq talan edilib, muzey kolleksiyasının əhəmiyyətli hissəsi itirilib, dağıntılar və talan nəticəsində abidəyə ciddi ziyan dəyib. “Yekaterina sarayı”nın bərpası 1957-ci ildən bəri davam edir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib