Prezident Kəlbəcər və Zəngilanla bağlı sərəncamlar verdi

# 15:52
7 sentyabr 2022

Prezident İlham Əliyev Şuşa şəhərində Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

APA TV xəbər verir ki, Sərəncama əsasən, Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsə ilkin olaraq 600,0 (altı yüz) min manat vəsait ayrılıb.

 

Dövlət başçısının digər Sərəncamına əsasən, Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb.

 

Prezident, eyni zamanda Zəngilan şəhərində də 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılması barədə sərəncam imzalayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR