Prezident Qaya Məmmədovu geri çağırdı

# 18:37
16 iyun 2022

 

Prezident İlham Əliyev Qaya Məmmədovla bağlı Sərəncam imzalayıb. APA TV xəbər verir ki, Sərəncamla Qaya Məmməd oğlu Məmmədov Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılıb. Qeyd edək ki, o, bu vəzifəyə 2018-ci il oktyabrın 16-da təyin olunmuşdu. Qaya Məmmədov bu təyinatadək Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi işləyirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR