Prezident Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.
APA TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xatirladaq ki, bu gün Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü olacaq. Görüşdə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpası və inkişafı müzakirə olunacaq.
Putinin Azərbaycan və Ermənistan liderləri ilə ayrılıqda görüşü də nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib