Prezident tapşırıq verdi, Türkiyəyə “Amfibiya” təyyarəsi göndərildi
Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə 10 nəfərlik heyətlə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb. Bu təyyarə ötən il də qardaş Türkiyədə baş verən yanğınların söndürülməsində iştirak edib. FHN-in Aviasiya dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov bildirdi ki, təyyarə bu gündən etibarən Türkiyədə baş verən yanğınların söndürülməsində iştirak edəcək. Qeyd edək ki, iyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb. Son məlumata görə, yanğının söndürülməsinə 253 yanğınsöndürən maşın, 26 su tankeri olmaqla, ümumilikdə 598 texnika cəlb olunub. Həmçinin 27 helikopter, 14 təyyarə və 2 604 canlı qüvvə yanğınsöndürmə əməliyyatında iştirak edir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı