Prezident tələbə bacıları sevindirdi – Hər ay bu qədər pul alacaqlar – APA TV

# 16:23
4 oktyabr 2022

Prezident İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

 APA TV xəbər verir ki, Prezident təqaüdünə layiq görülən tələbələrin ikisi - Həmidə və Nəzrin Sadıqova bacılarıdır.

Onlar Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alırlar.

Bacılar onu da söylədi ki, ailədə çox hüquqşunasın olması onları bu peşəni seçməyə sövq edib.

 

Ümumilikdə Prezident təqaüdünə 102 tələbə layiq görülüb.

Xatırladaq ki, cari ilin yanvarın 1-dən Prezident təqaüdünün miqdarı 250 AZN-dir.

 

AYGÜN CARÇIYEVA,

KAMRAN NAMAZOV,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR