Prezident Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavinini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini və İstanbulun millət vəkili Numan Kurtulmuşu qəbul edib.
APA TV xəbər verir ki, Numan Kurtulmuş Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlətimizin başçısını təbrik etdi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlət başçısı təbrikə görə minnətdarlığını ifadə etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə təşəkkürünü bildirərək, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Görüşdə dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.
Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıldı.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu