Prezident Türkiyənin milli müdafiə nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Hulusi Akarın səfərinin hərbi sahədə əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Türkiyənin milli müdafiə naziri 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Qeyd edildi ki, bu bayram günündə də bir yerdə olmağımız qardaşlıq rəmzidir.
Söhbət zamanı Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Festivalının önəminə toxunuldu və bu tədbir yüksək səviyyəli münasibətlərimizin bariz nümunəsi kimi qiymətləndirildi.
Görüşdə digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığımızın uğurla davam etdiyi qeyd olundu, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir