Prezident Türkmənistan XİN rəhbərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
APA TV xəbər verir ki, Rəşid Meredov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Sərdar Berdiməhəmmədova və Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat, humanitar sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.
Dövlət başçısının bu il Türkmənistana səfərinin və səfər çərçivəsində Türkmənistan Prezidenti və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafında rolu vurğulanıb.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
![Qurban bayramında heyvan bazarında vəziyyət: satıcılar nədən şikayətləndi? – Reportaj – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/june/16/big/666eb4dcc1d77666eb4dcc1d781718531292666eb4dcc1d75666eb4dcc1d76.jpg)
Qurban bayramında heyvan bazarında vəziyyət: satıcılar nədən şikayətləndi? – Reportaj – APA TV
![Ermənistan silahlı qüvvələri ordumuzun Naxçıvandakı mövqelərini atəşə tutdu](https://apa.az/storage/apa-tv/news/2024/june/16/big/666e986da9af3666e986da9af41718524013666e986da9af1666e986da9af2.jpeg)
Ermənistan silahlı qüvvələri ordumuzun Naxçıvandakı mövqelərini atəşə tutdu
![15 İYUN MİLLİ QURTULUŞ GÜNÜ](https://apa.az/storage/apa-tv/news/2024/june/15/big/666d87684ffaf666d87684ffb01718454120666d87684ffad666d87684ffae.jpg)
15 İYUN MİLLİ QURTULUŞ GÜNÜ
![Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir? - APA TV](https://apa.az/storage/apa-tv/news/2024/june/15/big/666d7b6729171666d7b67291721718451047666d7b672916f666d7b6729170.jpg)