Prezidentin Basqaldakı çıxışının şifrələri: “Qisas” nələri dəyişib?

# 19:55
13 avqust 2022

Prezidentin Basqaldakı çıxışının şifrələri: “Qisas” nələri dəyişib? Avqustun 3-də Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusu bölmələrinə qarşı törətdiyi terror-təxribatı nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Beynəlxalq hüquqda və konvensiyalarda təsbit edilib ki, öz ərazisində hərbi əməliyyat keçirmək, yaxud cinayətkarları zərərsizləşdirmək istənilən dövlətin müstəsna hüququdur. Elə bu baxımdan da bu qan qarşı tərəfə çox baha başa gəldi. Cinayətkarların istər regional, istərsə də qlobal miqyasda təhlükə mənbəyinə çevrilməməsi üçün dərhal həyata keçirilən “Qisas” əməliyyatı nəticəsində şəhidimizin qanı alındı. Azərbaycan Ordusunun həmin qanunsuz silahlı dəstələrə qarşı keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu, Sarıbaba və bir sıra başqa yüksəkliklər nəzarətə götürüldü. Bəli, “Qisas” əməliyyatı qısa müddətli, amma çox təsirli cəza tədbiri idi. Ermənistan tərəfi bir daha gördü ki, “Dəmir yumruq” yerindədir. Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində də qeyd etdi ki, bir daha buna oxşar təxribat törədilərsə, cavab ağır olacaq. Azərbaycan müharibə istəməsə belə həmişə istənilən təxribata qarşı ən sərt şəkildə cavab vermək iqtidarındadır. Deputat Arzu Nağıyevin fikrincə, Ermənistan tərəfi Prezident İlham Əliyevin təkcə İsmayıllı rayonunun Basqal qəsəbəsindəki çıxışından deyil, digər çıxışlarından da çox cidd şəkildə dərs çıxarmalıdır. Çünki hər bir tarixi çıxış qarşı tərəfə və onun havadarlarına qarşı yönəlmiş subliminal mesajdır: “Təxribat törədib, cəza əməliyyatı ilə qarşılaşanda hansısa dövlətlərdən yalvavaraq kömək istəmək, xahiş etmək Azərbaycan tərəfi üçün keçərli deyil. Çünki biz artıq öz işimizi görürük. Hansısa bir zəng Azərbaycanın yürütdüyü daxili və xarici siyasətə təsir edə bilməz. Qarabağda yaşayan ermənilər də nəticə çıxarmalıdırlar ki, birmənmalı şəkildə hansısa statusdan söhbət gedə bilməz. Prezidentin xəbədarlıqlarında da bütün qanunlar öz əksini tapır. Buna görə də ermənilər nəticə çıxarmalı və sülhün bərqərar olunması istiqamətində addımlıar atmalıdrılar. 10 noyabr sazişinə imza atmış dövlətlər də öz imzalarına hörmətlə yanaşmalı, Azərbaycanın haqq səsinin başa düşməlidirlər”. Azərbaycan tərəfi 10 noyabr sazişindən sonra keçən müddət ərzində proseslərə səbr və təmkinlə yanaşıb, məsələni dinc yolla, danışıqlar masasında həll etməyə çalışıb. Amma təəssüf ki, 44 günlük Vətən Müharibəsi zamanı kapitulyasiya aktı imzalamağa məcbur olan Ermənistan iki ilə yaxındır ki, öhdəliklərinə əməl etmir. Politoloq İlyas Hüseynovun fikrincə, rəsmi İrəvanın Azərbaycan hakimiyyətinin xəbərdarlıqlarından nəticə çıxarmaması Azərbaycan ordusunun antiterror əməliyyatının amansız olması ilə nəticələndi: “Qisas” əməliyyatı bir daha göstərdi ki, Azərbaycan hələ də müxtəlif yollarla təhlükəsizliyi birtərərfli qaydada həll edə bilər və “Dəmir yumruq” hər zaman yerindədir. Buzdux, Qırxqız və Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba yüksəklərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi həm də hərbi starteji baxımdan mühüm əhəmiyyət kəsb edir. Eləcə də bölgədəki relyefi nəzərə alaraq, hakim yüksəkliklərə nəzarət imkanlarını əldə edən Azərbaycan bu ərazidə istənilən hərbi təxribatın qarşısını qətiyyətlə alacaqdır”. Elə Prezident İlham Əliyev də çıxışında xüsusilə qeyd etdi ki, “Qisas” əməliyyatı Ermənistana növbəti dərs idi. Bir daha gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR